Konstitucija azerbaidžaniečių kalba
Užupio Respublikos Konstitucija azerbaidžaniečių kalba
Konstitusiya
- İnsanın Vilnyale çayının sahilində yaşamaq, Vilnyale çayının isə insanın yanından axmaq hüququ vardır.
- İnsanın isti suya, qışda isinməyə və başının üstündə saxsı dama hüququ vardır.
- İnsanın ölmək hüququ vardır, ancaq bu, onun borcu deyildir.
- İnsanın səhv etmək hüququ vardır.
- İnsanın yeganə olmaq hüququ vardır.
- İnsanın sevmək hüququ vardır.
- İnsanın sevilməmək hüququ vardır, ancaq bu mütləq deyildir.
- İnsanın tanınmamaq və məşhur olmamaq hüququ vardır.
- İnsanın tənbəllik etmək və ya heç bir iş görməmək hüququ vardır.
- İnsanın pişiyi sevmək və onu himayə etmək hüququ vardır.
- İnsanın özünün və ya itin son nəfəsinə qədər itə baxmaq hüququ vardır.
- İtin it olmaq hüququ vardır.
- Pişik öz sahibini sevməyə borclu deyildir, ancaq çətin anda ona kömək etməyə borcludur.
- İnsanın bəzən öhdəliklərinin olub-olmamasını bilməmək hüququ vardır.
- İnsanın şübhə etmək hüququ vardır, ancaq bu, öhdəlik deyildir.
- İnsanın xoşbəxt olmaq hüququ vardır.
- İnsanın bədbəxt olmaq hüququ vardır.
- İnsanın susmaq hüququ vardır.
- İnsanın inanmaq hüququ vardır.
- İnsanın zorakılıq etmək hüququ yoxdur.
- İnsanın öz dəyərsizliyini və ya böyüklüyünü dərk etmək hüququ vardır.
- İnsanın əbədiliyə niyyət etmək hüququ yoxdur.
- İnsanın anlamaq hüququ vardır.
- İnsanın heç nəyi anlamamaq hüququ vardır.
- İnsanın hər hansı bir millətdən olmaq hüququ vardır.
- İnsanın öz doğum gününü qeyd etmək və ya qeyd etməmək hüququ vardır.
- İnsanın öz adını yadda saxlamağı məcburidur.
- İnsan sahib olduqlarını bölüşə bilər.
- İnsan sahib olmadıqlarını bölüşə bilməz.
- İnsanın qardaş, bacı və valideynlərinin olmasına hüququ vardır.
- İnsan azad ola bilər.
- İnsan öz azadlığına cavabdehdir.
- İnsanın ağlamaq hüququ vardır.
- İnsanın başa düşülməmək hüququ vardır.
- İnsanın digərini günahlı çıxarmaq hüququ yoxdur.
- İnsanın fərdi olmaq hüququ vardır.
- İnsanın hüquqsuz olmaq hüququ vardır.
- İnsanın qorxmamaq hüququ vardır.
- Qalib gəlmə.
- Müdafiə olunma.
- Təslim olma.